club@caspianenergy.net +994503145358

Proposal from NarimanFilm

Hörmətli həmkarlar!

Əvvəlcədən xəbər verildiyi kimi, "Narimanfilm" kinostudiyası şərti adı "Doğma torpaq" olan tammetrajlı bədii film üzərində işləyir. Bu bədii film Xocalıda baş vermiş faciənin 30-cu ildönümünə, eləcə də Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasına həsr edilmişdir. 2022-ci ilin fevral ayında yayımlanması üçün filmin şəkilişlərinə 2021-ci ilin fevral ayında başlanması planlaşdırılır. Sozügedən bədii əsərin yaradılmasında məqsəd dünya ictimaiyyətinin geniş dairasinə Xocalı faciəsinin və Azərbaycan xalqının qəhrəmanlıq qələbəsi barədə həqiqətləri çatdırmaqdır. Film həm Azərbaycanda, həm də xaricdə kinoteatrlarda  və televiziya kanallarında nümayiş olunacaq. Filmin yaradılmasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, PAŞA Holding və Azersun Holdihg iştirak edir. Qeyd etmək istəyirəm ki, filmin istehsal büdcəsinin 275.000 manat kəsiri vardır. Bununla əlaqədar, klubun bütün üzvlərinə müraciət edərək , bu layihənin həyata keçirilməsində bizə köməklik göstərmək imkanlarını nəzərdən keçirmələrini xahiş edirəm. Əlavə olaraq, tərəfimizdən hazırlanmış sponsorluq paketlərini təqdim edirəm. Bu bədii film vasitəsi ilə bir daha Xocalı faciəsi və qələbə sevincimiz barədə dünyaya həqiqətləri söyləməyimizə köməklik göstərməyinizi xahiş edirəm.

Hörmətlə, Nəriman Məmmədov.

 

 

Sponsor paketi - http://caspianenergy.org/images/mail/sponsor-02.pdf 

Спонсорский пакет - http://caspianenergy.org/images/mail/sponsor-01.pdf 

Прочитано 153 раз