п»ї CASPIAN EUROPEAN CLUB - Open Doors Day - Istak litseyi

Open Doors Day - Istak litseyi

Övladı üçün Bakıda beynəlxalq keyfiyyətli təhsil axtaran valideynlərin nəzərinə!
İSTƏK Beynəlxalq Məktəbinin “Caspian European Club” üzvləri üçün təşkil etdiyi eksklüziv “Açıq Qapı” günündə iştirak edin, IB və Kembric beynəlxalq kurikulumları haqqında ətraflı məlumat əldə edin!
“Açıq qapı” günü zamanı liseyə məlumat turu təşkil olunacaq. Tədbir çərçivəsində, həmçininİSTƏK İbtidai Beynəlxalq Məktəbinin Tədris işləri üzrə müavini, xanım Mary Rose Ofalianın“Nə üçün beynəlxalq təhsil erkən yaşlardan başlamalıdır?” mövzusunda, İSTƏK liseyinin Beynəlxalq Təhsil üzrə koordinatoru Həsən Qəhrəmanovun “Beynəlxalq təhsilin üstünlükləri və gələcək perspektivləri” mövzusunda seminarı keçiriləcək. Daha sonra liseyin baş psixoloqu Teymur Mustafayevin“Övladımızın istedadını üzə çıxarmaq üçün nələri bilmirik?” mövzusunda seminarı keçiriləcək. Seminarlar interaktiv qaydada keçiriləcək və valideynlərin sualları cavablandırılacaq.
Tədbirin vaxtı: 24 aprel 2018-ci il, saat 10:00
Məkan: İSTƏK Beynəlxalq Məktəbi (Ünvan: Nərimanov r.-nu, Fətəli Xan Xoyski pr. 93b)
Əlaqələndirici şəx: Nigar Vəlieva, CRM menecer (tel.: 055 253 55 17,e-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)
İSTƏK Beynəlxalq Məktəbi Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir. Lisey rəsmi olaraq “IB World School” və “Cambridge International School” statusuna malikdir. Burada dərslər beynəlxalq sertifikatlı yerli və xarici müəllimlər tərəfindən tamamilə ingilis dilində tədris olunur.
Ötən tədris ilində liseyin məzunlarının 100%-i tələbə adını qazanıb, onların 76%-i ABŞ, Avstriya, Cənubi Koreya, Çexiya, Çin, Gürcüstan, Hindistan, Hollandiya, İngiltərə, Kanada, Litva, Macarıstan, Polşa, Sinqapur və Türkiyə kimi inkişaf etmiş ölkələrdə yerləşən nüfuzlu universitetlərinı qəbul olunublar. Sözügedən tədris ilində liseyin şagirdləri Respublika fənn və layihə olimpiadalarında 15 qızıl, 15 gümüş və 15 bürünc, ABŞ, Rusiya, Braziliya, İndoneziya, Tailand, Bolqarıstan, Makedoniya, Rumıniya və Qazaxıstanda keçirilən beynəlxalq fənn və layihə olimpiadalarından isə 8 qızıl, 7 gümüş və 33 bürünc medal qazanıblar.

Ad*
Invalid Input

Soyad*
Invalid Input

Şirkətin adı*
Invalid Input

Vəzifə*
Invalid Input

Fəaliyyət*
Invalid Input

Ölkə*
Invalid Input

Şəhər*
Invalid Input

------------------Əlaqə------------------

E-mail*
Invalid Input

Mobil telefon*
Invalid Input

Telefon*
Invalid Input

*

Invalid Input

Read 480 times