Çərşənbə, 07 Oktyabr 2020 10:15

“Aviation Services Group”un (ASG) əməkdaşları əmək haqqlarından  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürmüşlər

“Aviation Services Group”un (ASG) əməkdaşları böyük qürur hissi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda uğurlu əməliyyatlar həyata keçirən Milli Ordumuz ilə həmrəylik nümayiş etdirərək əmək haqqlarından Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürmüşlər.

Xatırlatmaq istəyirik ki, bundan öncə “Aviation Services Group” Azərbaycan ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 500 min manat məbləğində vəsait köçürmüşdür.