tebrik banneri
  • Caspian European Club – sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən, Xəzər-Qara dəniz və Baltik region dövlətləri ərazisində fəaliyyət göstərən (və ya bu niyyətdə olan), dinamik inkişaf edən nəhəng regional təşkilatdır.

    Caspian European Club 2002-ci ilin iyununda Caspian Energy-nin fəal iştirakı və Xəzər-Qara dəniz və Baltik regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb.

    Rəsmi adı – Caspian European Club. Rəsmi adla yanaşı, dünyanın müxtəlif ölkələrində Caspian Business Club, CaspianEnergyClubCEIBC abbreviaturasından istifadə olunur.

    Caspian European Club-unh rəsmi saytı - www.caspianenergy.org.

    Hazırda Klubun işinin təşkili üçün idarəedici şirkət “Caspian Energy Investment Group” şirkəti elan olunub.

    Caspian European Club-un mənzil-qərargahı Xəzəryani regionda yeganə sahil paytaxt olan Bakı şəhərində yerləşir.

    Caspian European Club-un əsas məqsədləri:

    • Təşkil olunan CEO Lunch, biznes-forumlar, dəyirmi masalar, sahə komitələri və işçi qruplar çərçivəsində biznes-hökumət dialoqunda (B2G) fəal iştirak;
    • Xarici və yerli biznes nümayəndələrinin problem və təkliflərinin sistemli şəkildə tədqiqi, bu məlumatın ölkənin yuxarı rəhbərliyinə, o cümlədən Prezident Administrasiyası, hökumət, parlament və iqtisadi bloka nəzarət edən dövlət qurumlarının nümayəndələrinə çatdırılması;
    • Şirkətlərin, həmçinin onların Xəzər-Qara dəniz və Baltik regionunda və onun hüdudlarından kənarda xidmət və mallarının  lobbiləşdirilməsi və irəliyə çəkilməsi;
    • Əlverişli invstisiya və biznes mühitinin yaradılmasına kömək edən layihələrin informasiya səviyyəsində dəstəklənməsi və irəli çəkilməsi, həmçinin iqtisadiyyatın bütün sahələrində rəqəmsal iqtisadiyyatın, innovasiya və ekoloji cəhətdən təmiz texnologiyanın tətbiqinin,  lobbiləşdirilməsi;
    • Kiçik və orta biznesin dəstəklənməsinə və inkişafına kömək edən müxtəlif informasiya layihələrinin həyata keçirilməsi, həmçinin kiçik və orta bizneslə iri biznes nümayəndələri arasında dialoqun yaradılması;

    Caspian European Club-un üzv şirkətləri fəxri, platin, qızıl, gümüş, bürünc və assosiativ üzvlərə bölünürlər.

    CASPIAN EUROPEAN CLUB-un HEYƏTİNƏ DAXİL OLAN

    İŞÇİ KOMİTƏLƏR

    • AGROINDUSTRY & FMCG COMMITTEE  
    • BANKING, INSURANCE & FINANCE  COMMITTEE  
    • EDUCATION COMMITTEE 
    • OIL&GAS, ENERGY & SERVICES COMMITTEE  
    • ICT COMMITTEE    
    • CONSTRUCTION COMMITTEE 
    • INDUSTRY  COMMITTEE 
    • INVESTMENT & LEGAL COMMITTEE 
    • MEDICAL COMMITTEE 
    • SME COMMITTEE
    • TOURISM COMMITTEE  
    • TRANSPORT COMMITTEE  

    Caspian European Clubçəçivəsində aşağıdakı tədbirlərkeçirilir:

    - B2G, B2B və B2C formatında aylıq biznes-forumlar; 

    - Aylıq CEO Lunch, CEO Brunch və CEO Party; 

    - İllik Nowruz Party, Summer Party və New Year Party; 

    - Aylıq CEO Training; 

    - İllik CEO Forum; 

    - A ylıq Business Tour; 

    - Beynəlxalq Caspian Energy Forum (www.CaspianEnergyForum.com);

    - İllik Caspian Energy AwardCaspian Business Award və Caspian CEO Award (www.CaspianEnergyAward.com) beynəlxalq mükafatlarının təqdimetmə mərasimləri;

    - İllik Casspian Brand Award (www.BrandAward.org) mükafatının təqdimetmə mərasimi;

    - Şahmat, futbol, boulinq, tennis, kartinq və qolf üzrə Caspian Energy  kuboku uğrunda illik turnirlər;

    Caspian European Club-un dəstəyilə Caspian Energy International Media Group (www.caspianenergy.net) fəaliyyət göstərir. Caspian Energy International Media Group-un flaqmanı dünyanın 50 ölkəsində yayılan Caspian Energy (www.caspianenergy.media) jurnalıdır.

    Eyni zamanda Caspian Energy News (www.caspianenergy.net) elektron qəzeti, CASPIAN ENERGY TV (www.caspianenergy.tv) internet televiziyası,  CASPIAN ENERGY PHOTO (www.caspianenergy.photo) fotoagentliyi də fəaliyyət göstərir;

    Caspian European Club-un dəstəyilə 1991-ci ildə təsis edilmiş  Caspian Energy Marketing (www.caspianenergy.marketing) tədqiqat qrupu fəaliyyət göstərir.

    Rəsmi nümayəndəliyi Azərbaycan, Gürcüstan və Qazaxıstanda yerləşir.

    Türkiyə, Ukrayna, Özbəkistan və Bolqarıstan da nümayəndəlik açmaq planlaşdırılır.

    ABŞ, Almaniya və Latviyada səlahiyyətli nümayəndələri var.

CASPIAN EUROPEAN CLUB ÜZVLƏRİ
TƏDBİRLƏR
CEO JOURNAL
İDARƏ HEYƏTİ
İCRA KOMİTƏSİ
ŞİRKƏT XƏBƏRLƏRİ
MEDİA TƏRƏFDAŞLARI