Четверг, 12 Март 2020 12:02

Qürur hissi ilə bildirmək istəyirik ki,  ötən həftə şirkətimizdə beynəlxalq mütəxəssislər tərəfindən keçirilən auditin nəticəsi olaraq “Nabucco Memarlıq və İnşaat” şirkəti 06 Mart 2020-ci il tarixindən Keyfiyyət İdarəetmə Sistemi olan ISO 9001-2015 Beynəlxalq Sertifikata layiq görülmüşdür.

Müştəri məmnuniyyətin ölçülməsi, problemlərin operativ aradan qaldırılması, şirkətdaxili proseslərin effektiv idarəedilməsi, idarəetmənin təhlili, layihələrin icrası, layihə resursların düzgün planlaşdırılması, tikinti ərazisindəki heyətin təhlükəsizliyinin təmin edilməsi kimi geniş səpkili Keyfiyyət İdarəetmə Sisteminin tətbiqinə yüksək önəm verən şirkətimiz hər il bu sertifikatı yeniləməyi prioritet hədəf olaraq müəyyən etmişdir.

Sertifikat şirkət rəhbəri Kamaləddin Mənsimova təqdim edilmişdir.