club@caspianenergy.net +994503145358
Четверг, 07 Январь 2021 08:58

Veysəloğlu Şirkətlər Qrupunun sponsoru olduğu şahmatçı daha bir uğur qazandı.

 

Chess.az saytının Facebook səhifəsində "İlin Şahmatçısı" nominasiyası üzrə səsvermə keçirilib. Səsvermədə şahmatçılar və bu idman növü ilə maraqlanan izləyicilər iştirak ediblər.

 

Daha çox səs toplayan beynəlxalq dərəcəli qrossmeysterlərimiz Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov "İlin Şahmatçısı" nominasiyası üzrə qalib olublar.

 

Səsvermədə Veysəloğlu Şirkətlər Qrupunun 2013-ci ildən sponsorluq edərək dəsəklədiyi 15 yaşlı şahmatçı Aydın Süleymanlı isə "İlin ən yaxşı gənc Şahmatçısı" seçilib.

 

Qeyd edək ki, Aydın Süleymanlı 2014-cü cü ildə blits və rapid növü üzrə keçirilmiş Avropa çempionatında bütün rəqiblərini üstələyərək həm blits, həm də rapiddə 10 yaşlı oğlanlar arasında birinci olub. O, 2017-ci ildə isə Ruminyanın Mamaya şəhərində 12 yaşlı oğlanlar arasında Avropa çempionu, 2019-cu ildə isə Hindistanın Mumbay şəhərində dünya çempionu adını qazanıb.

 

A.Süleymanlı 2019-cu ilin noyabrında Azərbaycanın gənclərdən ibarət şahmat üzrə yığma komandasının heyətində Türkiyənin Çorum şəhərində keçirilmiş 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadasının, ötən il isə Moskvada "Aeroflot open" beynəlxalq şahmat festivalında A turnirinin  qalibi olub.

 

Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu idmanla yanaşı, korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları və əlillərinə, həmçinin təhsil sahəsində dəstək xarakterli fəaliyyətini də davam etdirir.

 

VIDEO - https://www.youtube.com/watch?v=E-dJ_SUV27k&t=1s