club@caspianenergy.net +994503145358
Понедельник, 28 Декабрь 2020 12:45

28 dekabr 2020-ci il tarixində Bakı şəhərində, Abşeron rayonunun Hökməli dairəsində “Azpetrol” şirkətinin sayca 94-cü YDM-i istismara verilib .

Şirkətin Baş direktoru yeni YDM-in açılışı münasibətilə “Azpetrol”un əməkdaşlarını və müştərilərini  təbrik edib.

YDM-in istifadəyə verilməsi yeni iş yerlərinin açılması deməkdir ki, bu da şirkətin fəaliyyətində önəm verdiyi prioritet məsələlərdən biridir.

Onu da bildiririk ki,  yeni yanacaqdoldurma məntəqəsində 30  nəfər  daimi işlə təmin edilib.

Açılış mərasimindən sonra müştərilərə şirkət tərəfindən müxtəlif korporativ hədiyyələr verilib.

Azpetrol – daim inkişafa doğru!